“Hamımızın qarşısında bir hədəf var idi – çempionluq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Amin Seydiyev deyib.
“Sabah” 2025/26-cı illər mövsümündə Azərbaycan çempionu olub və paralel olaraq Azərbaycan Kubokunu qazanıb.
“İstər meydanda, istərsə də meydandan kənarda hər kəs bunun üçün əlindən gələni etməyə çalışdı”, - Seydiyev əlavə edib.
Futbolçu klubla bitməkdə olan müqaviləsinə də toxunub:
“Hələlik bununla bağlı konkret nəsə yoxdur. İndi çempionluğu qeyd edirik.
Digər məsələlərlə bağlı isə danışıqlar aparılacaq. Hələ necə olacağını bilmirəm”.

