“Sabah” üçün daha bir…. Çempionlar Liqasından XƏBƏR

00:40 Sabah 119
“Sabah” üçün daha bir…. Çempionlar Liqasından XƏBƏR

Misli Premyer Liqasında cari mövsümün qalibi “Sabah”ın Çempionlar Liqasının I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində debütünü Şimali İrlandiya çempionatının qalibinə qarşı edə bilər.

Bu, adıçəkilən ölkədə qızıl medalları qazanan “Larne”dir.

Bununla “Sabah”ın mümkün rəqiblərinin sayı 11-ə yüksəlib. Həmçinin səbəti qeyri-müəyyən qalanlar da var. “Sabah”ın digər 3 potensial rəqibi isə bəzi çempionatların qaliblərinin kimliyindən asılı olacaq.

Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya).

Səpələnməmişlər: “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “İberia” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “Vitebsk” (Belarus), Albaniya çempionu, Lüksemburq çempionu, Monteneqro çempionu.

Qeyri-müəyyənlər: “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes” (Andorra), “ETO Dyor” (Macarıstan), Ermənistan çempionu, Rumıniya çempionu.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti