Valdas Dambrauskas “Neftçi”yə məğlubiyyətə bəhanə tapdı

18 May 01:10 Sabah 1 158
Valdas Dambrauskas “Neftçi”yə məğlubiyyətə bəhanə tapdı

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. Çempionluğu rəsmiləşdirmiş "Sabah" "Neftçi" ilə qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bölüşüb:

- Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoyduqdan sonra bu matçda oynamaq asan deyildi. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən iki komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!