“Baş məşqçimizin futbolçulara nə dediyini bilmirəm, çünki...”

15:40 Sabah 105
“Baş məşqçimizin futbolçulara nə dediyini bilmirəm, çünki...”

"Final oyunlarında hesabda geridə olarkən təşvişə düşmək olmaz".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun qalibi olan "Sabah"ın hücumçusu Cesse Sekidika deyib.

O, həlledici matçda "Zirə" üzərində qazanılan qələbəni şərh edib:

"Düşünürəm ki, yaxşı oyun oldu. İlk dəqiqələrdə qapımızda qol görsək də, daha sonra üstünlük bizdə oldu.

Bu cür başlayan finallar görmüşük. Lakin əsas odur ki, sonda qalib gələsən və biz də buna görə xoşbəxtik".

Hücumçu finalda güclünün qalib gəldiyini bildirib:

"Düşünürəm ki, qələbəyə layiq idik. Fasilədə baş məşqçimizin futbolçulara nə dediyini bilmirəm, çünki orada deyildim.

Lakin bu cür finallarda hesabda geridə olarkən təşvişə düşmək olmaz. Üstəlik, ilk qolu matçın əvvələrində buraxmısansa, bu o deməkdir ki, hələ vaxta çox var.

Bundan sonra edə biləcəyin şey oyuna nəzarəti ələ almaq və çoxlu qol şansları yaratmaqdır. Qalib gəldiyimizə görə hər birimiz sevincliyik".

C.Sekidika Çempionlar Liqasına ciddi hazırlaşacaqlarını söyləyib:

"Hələ ki bu böyük qələbəni qeyd etməklə məşğuluq. İnanıram ki, avrokuboklarda da uğurlu qrafik cızacağıq. Beynəlxalq matçlara hazırlaşmaq üçün vaxtımız olacaq".

"Sabah" - "Zirə" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti