“Lənətə gəlmiş... Belə oynamaqla bizi məğlub etmək mümkün deyil”

11:55 Sabah 132
“Lənətə gəlmiş... Belə oynamaqla bizi məğlub etmək mümkün deyil”

“Finalda biz xeyli üstün tərəf idik.

Liqada da onlar eyni cür oynayırdılar – sadəcə geri çəkilirdilər. Qapıçıları guya qıcolma keçirirmiş kimi davranırdı.

Ancaq vaxt uzadırdılar. Ümumiyyətlə, futbol oynamırdılar”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç deyib.

O, Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb. Polşalı oyunçu rəqibi futbol oynamamaqda günahlandırıb:

“Əvvəlki oyunda 4-4-2 sistemi ilə oynayırdılar, amma bu oyunda sanki lənətə gəlmiş 8-1-1 düzülüşü ilə çıxıb yalnız müdafiə olunurdular.

Amma belə oynamaqla bizi məğlub etmək mümkün deyil. Biz də bunu sübut etdik.

Onları məğlub etdik və buna görə çox xoşbəxtəm. Bu, mənim ilk “dubl”umdur.

Həm çempion oldum, həm kuboku qazandım. Bu mövsüm açıq-aşkar ən yaxşı komanda biz idik.

Mən xoşbəxtəm və növbəti mövsümdə də yaxşı çıxış etmək, Çempionlar Liqasında uğurlu olmaq istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti