“Çempionlar Liqası bizim üçün yeni bir səhifədir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın fransalı legioneri Aaron Maluda deyib.
“Çelsi”nin əfsanəvi ulduzu Flortin Maludanın oğlu olan hücumameyilli yarımmüdafiəçi Çempionlar Liqasında iştirakla bağlı fikirlərini bölüşüb:
“İlk dəfə bu atmosferi yaşayacağımız üçün həyəcanlıyıq. Dərk edirik ki, bu səviyyədə çıxış etmək üçün çox ciddi hazırlıq keçməliyik.
Bəxtimiz onda gətirib ki, kifayət qədər yaxşı komandamız var. Yalnız irəli baxırıq.
Bu turnirdə bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.
Azərbaycan Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək “qızıl dubl” edib.
Masazır təmsilçisi ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi olub.

