Azərbaycandan gələn təklifə “HƏ”, polşalılara “YOX” cavabı verdilər - FOTO

17 May 02:00 Sabah 702
Azərbaycandan gələn təklifə “HƏ”, polşalılara “YOX” cavabı verdilər - FOTO

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın karyerasını ölkəsi Polşada davam etdirmək ehtimalı olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ekstraklasa təmsilçisi “GKS Katovitse” 27 yaşlı futbolçunun keçidində maraqlı olub.

Adıçəkilən klub ötən ilin yayında olduğu kimi, bu dəfə də Puxaçın transferinə cəhd edib. Lakin “Holştayn Kil” (Almaniya) bir il əvvəl olduğu kimi, yenə polşalılara “yox” cavabını verib.

Nəticədə “Sabah” sol cinah oyunçusunu birdəfəlik transfer edib. Bakı klubu dünən oyunçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

puxac - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!