“Mövsümü iki kubokla başa vurmaq bizim üçün böyük qürurdur”

17:20 Sabah 54
“Mövsümü iki kubokla başa vurmaq bizim üçün böyük qürurdur”

“Mövsümü iki kubokla başa vurmaq bizim üçün böyük qürurdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın fransalı legioneri Aaron Maluda deyib.

Paytaxt təmsilçisinin uğurlu mövsüm keçirdiyini vurğulayan hücumameyilli yarımmüdafiəçi əldə olunan nəticələrdən məmnun qaldıqlarını bildirib.

“Çox xoşbəxtik. Mövsümü həm çempionluq, həm də ölkə kuboku ilə başa vurduq. Düşünürəm ki, bundan daha yaxşı nəticə arzulamaq çətin olardı.

Komanda olaraq bütün il ərzində böyük əzmkarlıq göstərdik və bunun qarşılığını aldıq. Bu uğur həm futbolçuların, həm məşqçilər heyətinin, həm də azarkeşlərin əməyinin nəticəsidir.

Azarkeşlərimiz heç vaxt bizi tək qoymadılar. Hətta hesabda geri olduğumuz anlarda belə onların dəstəyini hiss edirdik”, - deyə o, vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti