Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini gücləndirmək yolunda addımlar atmağa başlayıb.
Ən son Timoteuş Puxaçla 3 illik anlaşma imzalandı.
Qapıçı Stas Pokatilovla danışıqlar davam edir.
Baş məşqçi Valdas Dambrauskas çərçivə ilə bağlı planı daha böyükdür.
33 yaşlı kiperin yayda anlaşması bitir.
Litvalı Pokatilovun heyətdə qalmasını istəyir. Rəsmilər bu yöndə danışıqlara start verib.
Amma Dambrauskas üçün tək Pokatilov yetərli deyil.
O qalsa belə, əlavə daha bir qapıçının alınmasını istəyib.
Əcnəbi mütəxəssis Nicat Mehbalıyevə üçüncü qapıçı gözü ilə baxır.
Bir sözlə, qazaxıstanlı qapıçını saxlamaq mümkün olsa, əlavə daha bir kiper transfer ediləcək.
Əks halda, "bayquşlar" bazarda iki qapıçı üçün ciddi axtarışlar aparmalı olacaq.
Stas Pokatilov ötən ilin qışında Masazır təmsilçisinə qoşulub.
Arxada qalan müddətdə meydana çıxdığı 61 görüşdə qapısında 61 qol görüb.
XANOĞLAN / SPORTİNFO.AZ

