Birdəfəlik transfer etdi, 3 illik müqavilə imzaladı - RƏSMİ

14 May 13:40 Sabah 739
Birdəfəlik transfer etdi, 3 illik müqavilə imzaladı - RƏSMİ

“Sabah” komandada icarə əsasında oynayan futbolçusu Timoteuş Puxaçı birdəfəlik transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi 27 yaşlı müdafiəçinin transferi ilə bağlı Almaniyadan “Holştayn Kil” ilə danışıqları uğurla yekunlaşdırıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabr ayından "Sabah"ın formasını geyinir. O, cari mövsümdə 33 matçda

meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM