"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.
Sportinfo.az xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.
Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Palms Sports Arena"da baş tutan oyunda erkən qolla geriyə düşüblər.
4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə isə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıb.
Bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.
“Sabah” - “Zirə” 2:1
Palms Sports Arena. 7045 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Aron Maluda, 57 (qeyri-idman hərəkəti); Stiv Solvet, 66 (qeyri-idman hərəkəti); Kahim Parris, 90+5 (qeyri-idman hərəkəti) // Qismət Alıyev, 3 (qeyri-idman hərəkəti); Giorgi Papunaşvili, 45 (qeyri-idman hərəkəti); Ayron Qomis, 53 (qeyri-idman hərəkəti); Ange Mutsinzi, 76 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Nicat Şıxəliyev (“Zirə”), 45 (hakimin qərarına etiraz)
Qollar: Patrik Mbina, 70; Coy Lens Mikels, 90+1 // Eren Aydın, 4
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
“Sabah”
92. Stas Pokatilov (k)
10. Aleksey İsayev
(99. Patrik Mbina, 69)
20. Coy Lens Mikels
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
(5. Rəhman Daşdəmirov, 69)
13. İvan Lepiniça
7. Umarali Raxmonaliyev
19. Aron Maluda
(11. Kahim Parris, 88)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
6. Abdulax Xaybulaev
9. Xəyal Əliyev
70. Cesse Sekidika
22. Zinedin Uld Xaled
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”
97. Tiaqo Silva
32. Qismət Alıyev (k)
26. Stefan Aka
4. Ruan Renato
9. Davit Volkov
30. Rikardo Martins
(29. Ceyhun Nuriyev, 82)
20. İssa Cibrila
(14. Elçin Əlicanov, 55)
93. Brahim Konate
(8. İsmayıl İbrahimli, 82)
5. Ange Mutsinzi
17. Ayron Qomis
(28. Leroy Mikels, 90+2)
22. Eren Aydın
(11. Junior Martins, 55)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
13. Aydın Bayramov
70. Namik Ələskərov
7. Rövlan Muradov
19. Rüfət Abdullazadə
10. Giorgi Papunaşvili
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

