"Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Premyer Liqanın 31-ci turunda "Kəpəz"ə məğlub olduqları görüşdən (0:1) sonra təqdirəlayiq addımla yadda qalıb.
Millimizin üzvü onunla görüşmək üçün sıraya düzülən azyaşlıların istəyini geri çevirməyib.
Düzdü, məhəccərlərin arxasında olan fanatlara yaxınlaşmaq mümkün olmayıb.
Amma orta sahə oyunçusu əvəzində ona atılan 10-a yaxın formaya imza atıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

