“Sabah”, sən nə edirsən?

02:00 Sabah 126
“Sabah”, sən nə edirsən?

“Sabah” cari mövsümdə Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.

Sportinfo.az xəbər verir ki, “bayquşlar” buna çempionatın 19-cu turunda “Araz-Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda nail olublar.

Görüşün 68-ci dəqiqəsində fərqlənən Xəyal Əliyev paytaxt təmsilçisinin mövsümdə vurduğu 40-cı qolun müəllifi olub.

"Sabah” ötən mövsüm Premyer Liqada ümumilikdə 50 qol vurmuşdu. Komanda çempionatı 48 xalla 5-ci pillədə başa vurmuş, 40 qola isə yalnız 30-cu turda çatmışdı.

“Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!