Uzun müddət zədədən əziyyət çəkən “Sabah”ın hücumçusu Coy-Lens Mikels komandaya qayıtmaq üçün reabilitasiya prosesini davam etdirir.
Sportinfo.az xəbər verir ki, almaniyalı legioner hazırda fərdi məşqlər keçir və bərpa prosesi plana uyğun şəkildə davam edir.
Lakin onun meydana dönüş tarixi hələ dəqiqləşməyib.
Mikels Premyer Liqanın 7-ci turunda “Karvan-Yevlax”la səfər matçında hava mübarizəsi zamanı qabırğa əzilməsi diaqnozu alaraq xəstəxanaya aparılmışdı.

