"Qarabağ"ın adını eşidən əcnəbi: "Mən "Sabah"ın oyunçusuyam, ancaq..."

21:00 Sabah 219
"Qarabağ"ın adını eşidən əcnəbi: "Mən "Sabah"ın oyunçusuyam, ancaq..."

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Premyer Liqanın 18-ci turunda "Zirə"ni məğlub etdikləri matçdan (3:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı fikirlərini bilmək istərdik...

- Komanda olaraq yaxşı performans göstərdik və layiq olduğumuz qələbəni qazandıq. Amma fikrimcə, daha yaxşı ola bilərik. Buna görə də daim öz üzərimizdə çalışırıq. İnanıram ki, gündən-günə inkişaf edəcəyik.

- Komanda qış fasiləsindən sonra da əvvəlki tempi qoruyub saxlayır. Bunun sirri nədədir?

- Qış fasiləsində çox yaxşı hazırlaşmışdıq. Liqa başlamazdan 20 gün əvvəl məşqlərə başladıq. İki yoxlama oyunu keçirdik. Komandamız təcrübəli oyunçulardan və yaxşı məşqçilər heyətindən ibarətdir və oyunlara necə daha yaxşı hazırlaşmaq olduğunu əla bilirlər. Məncə bu hazırlığın bəhrəsini nəticələrdə də görürük.

- Komanda :Qarabağ"la çempionluq uğrunda mübarizə içərisindədir. "Qarabağ" hazırda avrokuboklarda da mübarizəni davam etdirir. Səncə, bunun "Sabah"a nə dərəcədə köməyi dəyir?

- Biz nəticələrə yox, performansımıza və hər gün inkişafımıza fokuslanmışıq. Mən “Sabah”ın oyunçusuyam, yalnız komandamın oyunlarına köklənirəm.

- "Sabah" növbəti oyununu "Qəbələ"yə qarşı keçirəcək. Bu oyunla bağlı fikirlərin maraqlıdır.

- Bu sadəcə başqa bir oyundur, eyni cədvəl, eyni məşq, eyni hazırlıq — fərqi yoxdur, kubok ya liqa olsun, biz performans göstərmək istəyirik. İnanıram ki bu oyundan da yaxşı nəticə ilə ayrılacağıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti