“Sabah” “Qalatasaray”, “Milan” və “Bayern”lə “ayaqlaşır

6 Fevral 22:40 Sabah 160
“Sabah” “Qalatasaray”, “Milan”  və “Bayern”lə “ayaqlaşır

Avropanın milli çempionatlarında hələ də məğlub olmayan klublar var.

Sportinfo.az xəbər verir ki, 5 komanda cari mövsüm yenilgi üzü görməyib.

Onlardan “Slaviya” (Çexiya), “Benfika” (Portuqaliya) və “Fənərbağça” (Türkiyə) daxili birinciliyin 20, “Tre Fiori” (San Marino) 18, “Vardar” (Şimali Makedoniya) isə 16 matçında hələ heç kimə uduzmayıblar.

Passivində cəmi 1 məğlubiyyəti olan 23 komanda var ki, onlar arasında Misli Premyer Liqasının lideri “Sabah” da qərarlaşır.

Valdas Dambrauskasın yetirmələri keçirdikləri 18 görüşün 13-də qələbə qazanıb, 4-də heç-heçə ediblər. “Sabah” yalnız 3-cü turda evdə “İmişli”yə (0:1) boyun əyib.

Təmsilçimizlə yanaşı, “Milan” (İtaliya), PSV (Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Qalatasaray” (Türkiyə), “Bayern” və “Borussiya Dortmund” (hər ikisi Almaniya) kimi tanınmış klublar da cari mövsüm ölkə çempionatında cəmi 1 dəfə məğlub olublar.

“Sabah” hazırda 43 xalla Misli Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!