Premyer Liqamızda 150 min avroluq yeni hücumçu - İcarə şərti

09:40 Sabah 242
Premyer Liqamızda 150 min avroluq yeni hücumçu - İcarə şərti

“Sabah”ın heyətinə yeni legioner qatmasından xəbərdarsız.

Qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı afrikalı “Maribor”dan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” ondan sonra forvardın birbaşa transfer hüququna malik olacaq.

“Bayquşlar“ın bu keçiddən ötrü nə qədər xərcə düşəcəyi bizə məlumdur. Premyer Liqanın lideri Sloveniya klubuna 150 min avro təzminat ödəyəcək.

Patrik Orfe Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalye” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib.

Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti