“Maribor” öz hücumçusunu "Sabah"a icarəyə verdi - RƏSMİ

19:20 Sabah 184
“Maribor” öz hücumçusunu "Sabah"a icarəyə verdi - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klub Sportinfo.az-ın 2 gün öncə yaydığı məlumatı az öncə təsdiqləyib.

Qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı afrikalı Sloveniya “Maribor”undan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda onun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib.

Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti