“Sabah”ın sabiq legioneri İqor Qabriel komandasını dəyişib.
Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Qazaxıstanda oynayacaq.
Son olaraq Özbəkistanda - “Navbahor”da çıxış edən 26 yaşlı futbolçu “Yelimay”a keçib. O, Premyer Liqa təmsilçisi ilə bu ilin dekabrına qədər müqavilə imzalayıb.
“Fluminense"nin yetirməsi olan İqor Qabriel 2022-23-cü illərdə “Sabah”ın üzvü olub və bu müddətdə Belarus “Dinamo”sunda (Minsk) və Ukrayna “Lvov”unda icarə əsasında oynayıb.

