Premyer Liqanın lideri Avropadan transfer etdiyi forvardla neçə illik anlaşdı? - SON DƏQİQƏ

4 Fevral 09:00 Sabah 1 545
Premyer Liqanın lideri Avropadan transfer etdiyi forvardla neçə illik anlaşdı? - SON DƏQİQƏ

«Sabah»ın Orpe Mbina ilə anlaşmasından xəbərdarsız – dünən bu barədə oxucularımıza məlumat vermişik.

18 turdan sonra Premyer Liqada turnir cədvəlinə başçılıq edən «bayquşlar»un qabonlu hücumçu ilə hansı müddətə anlaşması da artıq bizə məlumdur.

«Maribor»a məxsus 25 yaşlı afrikalı Masazır təmsilçisinə mövsümün sonuna qədər icarəyə gəlib.

Yayda transfer hüququ "tələbələr"də olmaq şərti ilə.

2023-cü ildən etibarən ölkəsinin əsas millisinə dəvət alan forvard 1.78 sm boya malikdir.

2024-cü ildən Sloveniya klubuna aid olan Mbina son 1 ili Portuqaliyada keçirib, «União de Leyria»nın formasını geyinib.

Futbolda ilk addımlarını yerli «Stade Mandji»də atan hücumçu 2019-cu ildə Fransaya yollanıb, «US Kolomyers II» ilə münasibətlərini rəsmiləşdirib.

Növbəti illərdə «Bézyers», «Qoenobl», «Beauvays», «Kamalyères» və «Nîmes»in uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”