Premyer Liqasının 18-ci turunun 3:1 hesablı qələbə qazanan “Sabah” bu mövsüm səfərdə məğlubiyyət üzü görməyib.
Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda 9 səfər matçının 7-dən 3 xalla ayrılıb, 2 dəfə “sülh” imzalayıb.
Premyer Liqanın lideri ardıcıl 5-ci səfər qələbəsini əldə edib.
Maraqlıdır ki, “Sabah” qonaq olduğu son 3 səfər qarşılaşmasında məhz 3:1 hesablı qalibiyyətə imza atıb.

