“Sabah”ın müdafiəçisi İqor Noqeyra Braziliya mətbuatına fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu Misli Premyer Liqasının 18-ci turunda “Zirə” üzərində qazanılan 3:1 hesablı səfər qələbəsini dəyərləndirib.
Noqeyra hədəflərinin çempionluq olduğunu söyləyib:
“Yüksək səviyyəli, məğlub edilməsi çətin və turnirdə cəmi üç məğlubiyyəti olan güclü komandaya qarşı çox yaxşı oyun keçirdik.
Matçın əvvəlindən düzgün pressinq etdik və təxminən yarım saat ərzində qələbəni, demək olar ki, həll etdik.
Doğrudur, komandamız ötən ildən bəri çox yaxşı formada çıxış edir, amma bu tarixi titulu qazanmaq üçün diqqəti itirməməliyik”.
18 turdan sonra “Sabah” 43 xalla turnir cədvəlinə başçılıq edir.

