Premyer Liqa klubu 19 yaşlı əcnəbiyə 100 min manat ödəyib? - YENİ DETALLAR məlum oldu

17:00 Sabah 269
Premyer Liqa klubu 19 yaşlı əcnəbiyə 100 min manat ödəyib? - YENİ DETALLAR məlum oldu

Premyer Liqanın 17-ci turunda "Karvan-Yevlax"ı qəbul edən "Sabah"ın iştirak ərizəsində yeni sima diqqət çəkdi.

Söhbət 83 nömrəli futbolçu Stefen Endedən gedir.

Hətta "tələbələr"in ona görə 100 min manat rüsum ödəməsi mətbuatda tirajlandı.

Amma həqiqət tam başqadır.

Masazır klubu gənc oyunçuya görə iddialı olunan məbləği ödəməyib.

Detalları sizə təqdim edirik.

O, ötən mövsümdən klubun əvəzedici komandasında çıxış edir.

Bu mövsüm də "Sabah-2" üçün sifariş olunub.

Bunun üçün tələb olunan rüsum 5 min manatdır.

Əvəzedici komandanın üzvünün əsas komandanın rəsmi oyunlardakı sifariş vərəqəsində yer almasına məhdudiyyət yoxdur.

Tətbiq edilən xüsusi qaydaya görə, yalnız meydan çıxacağı halda növbəti oyuna qədər sifariş olunması üçün təyin olunan ödəniş edilməlidir.

Həminki anda klubun heyətində yer alan legioner sayına uyğun olaraq.

Həm də əvəzedici Liqada iştirakı üçün ödənilən 5 min manat çıxılmaqla.

Məsələn, indiki halda Ende sifariş olunsa 15-ci legioner sayılacaq. Bu da 100 min manat rüsum ödənilməsi deməkdir. 5 min ödənildiyi üçün qalır 95 min manat.

Ende "Karvan-Yevlax"la görüşdə meydana çıxmadığı üçün səsləndirilən 100 min manat da ödənilməyib.

Baş məşqçi Valdas Dambrauskas nə zaman afrikalını meydana buraxsa, o zaman iddia olunan ödənişdən danışmaq olar.

Xatırladaq ki, Stefan Ende "Sabah"ın qış hazırlığı çərçivəsində "Şamaxı" ilə yoldaşlıq oyununda iştirak edib.

"Sabah"ın 2:0 hesablı qələbə qazandığı oyunda qollardan birinin müəllifi məhz Ende olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti