“Onun təklifi var idi, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik”

02:20 Sabah 53
“Onun təklifi var idi, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik”

"Sabah" Ayaz Quliyevin komandadan ayrılmasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, 29 yaşlı yarımmüdafiəçinin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyini bildirib:

"Ayaz Quliyevin "Sabah"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatırdı. Onun Rusiyadan təklifi var idi.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Ayaza xidmətlərinə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq".

Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!