"Sabah" - Mənə nə xoş...

02:20 Sabah 65
"Sabah" - Mənə nə xoş...

“Sabah” Misli Premyer Liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub.

Masazır təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb.

“Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!