"Sabah"la yollarını ayıran Ayaz Quliyev karyerasını Rusiyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Rusiyida "Arsenal"a transfer olunub.
Bu barədə klub məlumat yayıb.
Ayaz Quliyev daha öncə 2021/2022 mövsümündə də "Arsenal"ın formasını geyinib.
O, 2023-cü ildən "Sabah"da çıxış edib və bu müddət ərzində komandanın heyətində 54 matça çıxıb.

