Azərbaycan klubundan ayrılan azərbaycanlı “Arsenal” yolunda - FOTO

26 Yanvar 00:50 Sabah 518
Azərbaycan klubundan ayrılan azərbaycanlı “Arsenal” yolunda - FOTO

“Sabah”ın futbolçusu Ayaz Quliyev klubunu dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın “Arsenal” klubu ilə anlaşıb.

Bu barədə rusiyalı insayder İvan Karlov məlumat yayıb.

Mənbənin məlumatına görə, Masazır təmsilçisi Quliyevi pulsuz buraxmağa razılaşıb. Onun Tula komandası ilə 2027-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.

Ayaz Quliyev cari mövsümdə “Sabah”ın heyətində cəmi 136 dəqiqə meydanda olub. O, daha əvvəl 2021/22 mövsümündə də “Arsenal”da çıxış edib.

29 yaşlı yarımmüdafiəçi “Anji”, “Rostov”, “Spartak”, “Arsenal”, “Ximki” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti