Yeni ildə "Sabah"dan ayrılanların sayı 3-ə çatıb.
Premyer Liqada qış fasiləsinə birinci pillədə yollanmış Masazır təmsilçisi serbiyalı hücumçu Neqoş Kupusoviç və bosniyalı müdafiəçi Boyan Letiçdən sonra
Ayaz Quliyevlə vidalaşıb.
Rusiyada dünyaya gəlmiş azərbaycanlı yarımmüdafiəçi Valdas Dambrauskasın növbəti planlarında yer almayıb.
Ötən ilin yayında görəvə gəlmiş baş məşqçi orta sahə oyunçusunun xidmətində maraqlı olmadığı haqda idarəçilərə mesaj verib.
Litvalı mütəxəssis Quliyevin sürət cəhətdən axsamasına diqqət çəkib, davamlı hərəkət etməyə meyl salmadığını vurğulayıb. Yönətim də öz növbəsində onunla görüşərək, müqavilənin qarşılıqlı formada ləğvinə dair razılığa gəlib.
Quliyev 2023-cü ilin avqustunda “Ximki”dən transfer edilib. Onunla 3 illik müqavilə bağlanıb.
"Sabah”da 8 nömrəli formanı geyinən Ayazın kontraktı mövsümün sonunda başa çatacaqdı.
“Spartak”ın (Moskva) yetirməsi karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki”də (2022-2023) çıxış edib.
Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub. İlyarım əvvəl isə Azərbaycan pasportu alıb.
Ayaz bura gələndən özünü isbatlaya bilməyib. Bir müddət zədədən əziyyət çəkib, əsas heyətdən kənarda qalıb.
Dambrauskas da ona bir elə bel bağlamayıb. Yarımmüdafiəçi vaxtının çoxunu ehtiyat skamyada əyləşməklə keçirib.
SPORTİNFO.AZ


