Premyer Liqada mövsümün ikinci yarısı bu həftə start götürəcək.
Təbii ki, hər kəsi düşündürən əsas məqam çempionluq mübarizəsinin hansı axarda gedəcəyidir.
Qış çempionu “Sabah”la son çempion “Qarabağ” arasında hazırda cəmi 1 xallıq fərq var.
Deməli, hər iki tərəf üçün də finala bərabər 17 tur qarşıdadır.
Görəsən, belədə çempionluq yolunda hansı məqamlar həlledici ola bilər?
Məsələn, “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırıb, bütün diqqətini Premyer Liqaya verməsi mübarizəyə necə təsir edə bilər?
Sportinfo.az-a açıqlama verən “tələbələr”in təcrübəli baş məşqçisi Valdas Dambrauskas bunları dedi:
“Bu yöndə çox fərqli-fərqli əngəllər ola bilər. Məsələn, hava şəraiti pis ola bilər, 3-4 oyunçumuz zədələnə bilər.
Həyatımızda da bəzən belə şeylər ola bilər. Bəzən konfilik yaşaya bilərik və ya bəzən yeməkdən zəhərlənmə sizin planlarınızı poza bilər.
Bizi “Qarabağ” düşündürmür. Bizi narahat edən özümüzük. İstəyirik ki, hər gün daha da inkişaf edək və bunu da futbolçularımıza yansıdaq.
Oyunçularımızın daha çox motivasiyalı olmasını istəyirik. Onlar 100% motivasiyalı olsunlar, peşəkar olsunlar və işlərini tam görsünlər”.
XANOĞLAN

