Vaxtilə Kloppla işləmiş “Arsenal”ın məşqçisi "Sabah"a dəvət olundu

09:20 Sabah 165
Vaxtilə Kloppla işləmiş “Arsenal”ın məşqçisi "Sabah"a dəvət olundu

Aut üzrə məşhur məşqçi Tomas Qronnemark "Sabah"a məşq keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə danimarkalı mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu həftə Azərbaycanda "Sabah" ilə məşq keçdik. Bu mənim üçün böyük şərəf olmaqla yanaşı, sözün əsl mənasında ömürlük bir təcrübə oldu.

Klubda mənə ailənin bir üzvü kimi yanaşıldı. Komandaya öz “Uzun, sürətli və ağıllı aut” fəlsəfəm əsasında məşqlər keçdim.

Məşqlər aşağı, orta və yüksək çətinlik səviyyəli tapşırıqların, eyni zamanda aşağı, orta və yüksək intensivliyin balansı üzərində qurulmuşdu.

Bu yanaşma mənim 9 sahədən ibarət olan “Mürəkkəblik-İntensivlik modeli”m əsasında uyğunlaşdırılıb", - deyə Qronnemark bildirib.

50 yaşlı çalışdırıcı paytaxt Bakı barədə də xoş sözlər yazıb: "Bakı həqiqətən möhtəşəmdir. Bu şəhər haqqında yalnız yaxşı sözlər demək olar.

Tarixi və müasir memarlığın vəhdəti, mehriban insanlar, dadlı mətbəx və dəniz kənarında yerləşməsi Bakını xüsusi edir.

Əgər indiyə qədər Bakıda olmamısınızsa, mütləq ziyarət etməyi tövsiyə edirəm. Məni komandalarında aut üzrə məşqlər keçmək üçün dəvət etdiklərinə görə "Sabah"a təşəkkür edirəm".

Tomas Qronnemark Yürgün Kloppla birgə "Liverpul"da çalışıb. O, "Atletiko Madrid", "Borussiya Dortmund", "Ayaks" və digər məşhur komandalarının da məşqçisi olub.

Qronnemark hazırda "Arsenal"la əməkdaşlıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?