"Başımı dik tutaraq buradan ayrılıram, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq"

02:00 Sabah 79
"Başımı dik tutaraq buradan ayrılıram, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq"

Sportinfo.az xəbər verir ki, bir neçə gün əvvəl "Sabah"dan ayrılan Boyan Letiç sosial şəbəkə hesabındakı paylaşımında klubda vidalaşıb.

Besniya və Herseqovinadan olan müdafiəçi bildirib ki, "Sabah" onun qəlbində əbədi olaraq qalacaq:

"Yollarımız ayrılsa da, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq. Başımı dik tutaraq buradan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram.

Etibarlarına görə rəhbərliyə, dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə aparan hər bir komanda yoldaşıma minnətdaram. Amma hər şeydən əvvəl azarkeşlərə səmimi təşəkkürümü bildirirəm.

Hər matçda qeyd-şərtsiz dəstəyiniz mənim ən böyük güc mənbəyim idi. Səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı həmişə mənim evim olacaq”.

Boyan Letiç 2022-ci ilin fevral ayından "Sabah"ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib.

33 yaşlı müdafiəçi klubun tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir.

Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?