Oynamadan Azərbaycanda dəyər qazanan, yağ-bal içində yaşayan futbolçunu HAMI TANISIN!

17 Yanvar 23:00 Sabah 384
Oynamadan Azərbaycanda dəyər qazanan, yağ-bal içində yaşayan futbolçunu HAMI TANISIN!

Hamının sevimlisi olmaq həyatda ən çətin, bəlkə də mümkünsüz işdir.

Amma futbol meydanlarında bunu bacaranlar az deyil.

Məsələn, biri bizim Emin Mahmudov.

2017-ci ildən "ağ qaralar"ın kapitanı olan "8 nömrə" bu müddətdə nə az, nə çox 10 baş məşqçinin sərəncamında olub.

Təbii ki, ala qaşına, ala gözünə görə yox, meydandakı uğurlu çıxışı ilə bunu bacarıb.

Bir də siyahıda elə adlar var ki, meydanda olmadan da bunu bacarırlar.

"Sabah"ın qolkiperi Rüstəm Samiqullin kimi.

Rusiya futbolunun yetirməsi 2020-ci ilin yanvar ayından Azərbaycanda peyda olub.

"Stroqino"nun yetirməsi ilk gündən yağ-bal içində yaşayıb. Meydanda tər axıtmayıb, ehtiyat skamiyada xan kefi yaşayıb.

Təbii ki, konfet kağızına deyil..

Maraqlıdır ki, Rusiyada da rəsmi oyunlara çıxmayan adamı harada görüb, harada bəyənib, hansı küçədən tapıblar?

Əlqərəz...

6 ay "Səbail"də çıxış edib. Buna çıxış etmək demək olarsa... SIFIR oyun dəqiqəsi..

23 yaşlı kiper 2020-ci ildən isə "tələbələr"ə məxsusdur.

Arada 1 mövsüm "Neftçi"yə icarəyə verilən qapıçı digər 5 mövsümdə "Sabah"da 5 mütəxəssislə çalışıb.

İspaniyalı Vinsent Qomes, yerli Ramin Quliyev, rusiyalı Murad Musayev, xorvatiyalı Krunoslav Renduliç və litvalı Valdas Dambrauskasın sərəncamında olub.

"Neftçi" və "Səbail"də debüt etməyən oyunçu "Sabah"dakı 5 ildə isə vur-tut 5 görüşdə meydana çıxıb.

Bir cümləlik şərh yazası olsaq, meydanda 1 qəpiklik futbolu olmadığını rahat deyə bilərik.

Görünür, o, meydandan kənar çox hörmətli oğlandır.

Hər halda, ötən ay 24 yaşa qədəm qoyduğunu nəzərə alsaq, artıq "gənc oyunçu" söhbəti də ona yapışmır. Ki, deyəsən ardıcıl 5-ci mövsümdə perspektivinin açılmasını gözləyirlər.

Məncə, meydandakı göstəricilərinə görə ona xərclənən pullara bir quş.

Ümid edirəm ki, ona sərf edilən bu qədər əmək heç olmasa meydandan kənardakı hörmətinə dəysin...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0