"Sabah" qış təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçını "Şamaxı"ya qarşı keçirdi.
"Bank Respublika Arena"da baş tutan oyunda "tələbələr" 2:0 qalib gəldi.
Qarşılaşmada diqqət çəkən məqamlardan biri Valdas Dambrauskasın atdığı addım oldu.
Litvalı mütəxəssis həmkarı Ayxan Abbasovdan fərqli olaraq matçın birinci yarısını tribunadan izlədi.
Və tez-tez ehtiyat skamiyaya yaxın gələrək əlindəki dəftərçədə etdiyi qeydləri məhəccərlərin arxasından oyunçulara və köməkçilərinə başa salırdı.
Yerində olmamasını səbəbini maraqlananda məlum oldu ki, əcnəbi mütəxəssis tribunadan səhvlər daha aydın görünməsi qənaətindədir.
Kənardan qəribə görünən addımı da məhz bu səbəbdən atıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil Valdas Dambrauskasın hərəkətlərini izləyə bilərsiniz:

