"Sabah” qapıçısı Stas Pokatilovla yollarını ayıra bilər.
Qazaxıstan mətbuatı 33 yaşlı qolkiperin Avropa klublarının maraq dairəsinə düşdüyünü iddia edib.
Qazaxıstan millisinin üzvünün cari mövsüm Bakı klubunun heyətində sərgilədiyi parlaq çıxış skautların diqqət mərkəzinə düşüb.
Xəbərdə kiperin Qazaxıstanla yanaşı, Rusiya, Ukrayna kimi ölkələrdə də bəzi klubların diqqətini çəkdiyi qeyd olunub.
Amma yazılanlar heç də tam həqiqəti əks etdirmir.
Bu barədə etibarlı mənbədən bütün detalları əldə etmişik.
Bəli, adıçəkilən futbolçuya maraq var, amma ayrılması müzakirə mövzusu deyil.
Əksinə, yaya qədər müqaviləsi olan oyunçu ilə klub özü danışıqlara başlayıb.
Ki, yeni əməkdaşlıq müqaviləsi imzalansın.
Valdas Dambrauskas da asiyalının perfomansından razıdır.
Qalır yeni anlaşma üçün şərtlərdə ortaq dil tapmaq.
XANOĞLAN / SPORTİNFO.AZ

