Getdi və təşəkkür etdi: "Yollarımız ayrılsa da…” - FOTO

16:00 Sabah 139
Getdi və təşəkkür etdi: "Yollarımız ayrılsa da…” - FOTO

Bir müddət öncə “Sabah”dan ayrılan bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç kluba təşəkkür edib.

Balkanlı özünün sosial media hesabında “Sabah”la bağlı paylaşım edib.

O, klubda çıxış etdiyi dövrdə ona olan dəstəyə görə təşəkkürlərini bildirib:

"Yollarımız ayrılsa da, "Sabah"ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram.

Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm.

Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub.

Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı hər zaman mənim evim olacaq".

“Sabah” Boyan Letiçlə müqaviləyə bir müddət öncə, qarşılıqlı razılıq əsasında xitam verib.

33 yaşlı cinah oyunçusu 2022-ci ilin fevralından Masazır təmsilçisinin şərəfini qoruyurdu.

Letiç “Sabah”ın heyətində keçirdiyi 125 oyunla klub tarixinə ən çox oyun keçirən ikinci futbolçu kimi düşüb.

Həmçinin klubun avrokuboklardakı ilk qolunun müəllifi olması ilə də yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti