Adından söz etdirən polşalını Azərbaycanda saxlamaq mümkün olacaq? - SON DURUM

19 Yanvar 22:20 Sabah 382
Adından söz etdirən polşalını Azərbaycanda saxlamaq mümkün olacaq? - SON DURUM

"Sabah" qış fasiləsində klubda icarədə olan Umarali Raxmonaliyev və Aron Maluda ilə anlaşmağı bacardı.

Özbəkistanlı oyunçu ilə 3, fransalı legionerlə 4 illik anlaşma imzalandı.

"Tələbələr"in növbəti hədəfi Velko Simiç və Timoteuş Puxaçla anlaşmaqdır.

"Sivasspor"a məxsus Simiçlə danışıqlar davam edir. Məsələnin təmsilçimizin xeyrinə həll olunma ehtimalının yüksək olması barədə daha əvvəl məlumat vermişdik. Çünki mövsümün sonuna qədər bağlanan icarə müqaviləsinin sonunda "Sabah"ın serbiyalını birdəfəlik transfer etmək hüququ var.

Amma ən çətin durum Puxaçla bağlıdır.

Düzdü, 26 yaşlı futbolçu da Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb. Lakin əsas fərq ondadır ki, icarə müqaviləsi başa çatandan sonra yeni qərar vermək hüququ almanlara məxsusdur.

Polşalı müdafiəçinin Azərbaycanda saxlamaq üçün yalnız Puxaçı deyil, həm də məxsus olduğu “Holştayn Kil”lə anlaşmaq mütləqdir.

Bu da elə asana məsələ deyil. Mövsümün əvvəli Masazır klubuna qoşulan avropalı özünü kifayət qədər yaxşı göstərə bilib. Meydana çıxdığı 14 matçda 5 məhsuldar ötürmə edib.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR