"Sabah" qısa müddətdə komandanın liderinə çevrilən Velko Simiçlə bağlı narahatlığa son qoymaq fikrindədir.
Belə ki, müqavilə ilə "Sivasspor"a məxsus olan serbiyalı mövsümün sonuna qədər nəzərdə tutulan icarə əsasında təmsilçimizin formasını geyinir.
Valdas Dambrauska "Omoniya"da da birgə çalışdığı yarımmüdafiəçinin xidmətindən hələ uzun müddət faydalanmaq istəyir.
Oyunçu da burada qalmağa isti yanaşır.
Hazırda "Sabah" rəhbərliyi Türkiyə təmsilçisi ilə aktiv danışıqlar aparır.
"Tələblər" ən qısa zamanda məsələni bitirmək istəyir.
Ki, mövsümün ikinci yarısında 30 yaşlı legionerin bütün fikirləri yalnız meydanda olsun.
İcarə müqaviləsində oyunçunu transfer etmək bəndinin olması da "Sabah"ın xeyrinə olan məqamdır.
Ötən yay "Sabah"a qoşulan Simiç arxada qalan müddətdə meydana çıxdığı 15 Premyer Liqa matçında 7 qol, 4 məhsuldar ötürmə ilə adından sözü etdirməyi bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ

