"Sabah" 3 dəqiqə içində “Şamaxı”nı “yıxdı”

12 Yanvar 01:50 Sabah 1 161
"Sabah" 3 dəqiqə içində “Şamaxı”nı “yıxdı”

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən "Sabah" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, "Bank Respbulika Arena"da keçirilən qarşılaşmada "Sabah" bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

"Sabah"ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar.

Bu, hər iki komandanın ilk yoxlama matçı olub. "Şamaxı" yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. "Sabah"ın isə hələlik digər rəqibi açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar