“Sabah” qış hazırlığına Bakıda start verib.
Fasiləyə qış çempionu qismindıə yollanan kollektiv hazırlığını paytaxtda keçəcək. Ölkəni tərk etmək nəzərdə tutulmayıb.
Bəzi futbolçularn məşqdən çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşması izləyicilərdə sual yaradıb – Bura haradır?
Söhbət “tələbələr”in məşq keçdiyi stadiondan gedir. Şəkillərdən də aydın görünür ki, həmin məkan “Bank Respublika Arena” deyil.
Sportinfo.az xəbər verir ki, “Sabah” təlim-məşq toplanışına Masazırdan çox-çox uzaqda – Şüvəlanda başlayıb.
Birvaxtlar Premyer Liqada mübarizə aparan AZAL-ın ev oyunlarını keçirdiyi stadion yadınızdadır?
Həmin yerdir, heç nə dəyişməyib. Sadəcə, bir neçə il öncə “Zirə”nin yararlandığı AZAL stadionu son vaxtlar “Sabah”ın ixtiyarına verilib.
Odur ki, “Bank Respublika Arena”nın ot örütüyünə zərər verməmək üçün kollektiv Şüvəlanda məskən salıb.
Çox güman, bir müddət burada qalandan sonra hazırlıq Masazırda davam etdiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

