"Qarabağ"a qarşı qurulan daha təcrübəli, daha tədbirli PLAN

10 Yanvar 21:20 Sabah 657
"Qarabağ"a qarşı qurulan daha təcrübəli, daha tədbirli PLAN

Son 12 mövsümdə Azərbaycan Premyer Liqasının bir nömrəli favoriti "Qarabağ"dır.

Zaman-zaman hansısa klublar Ağdam təmsilçisinə mane olmağa çalışıb.

Məsələn, "Neftçi"nin bir neçə cəhdindən yalnız biri - 2019/2020 mövsümü uğurla sonlandı.

Roman Qriqorçuklu "Qəbələ" ən azı iki dəfə buna yaxın olsa da, sonda bacarmadı. Bölgə klubu ən yaxşı vaxtlarında "kəhər atlar"ı taxtdan salmağı bacarmadı.

Eyni missiya ilə "Sabah" yola çıxıb.

"Tələblər" Murad Musayevin dönəmində "Qarabağ"a müəyyən həyəcana yaşada bildi.

Son turlara qədər liqada intriqa davam etdi.

İndi isə Valdas Dambrauskas eyni gəmidə, eyni yolu gedir.

Amma daha təcrübəli, daha tədbirli rəhbərlik ilə.

Əbəs deyil ki, Masazır klubu qış fasiləsində çox aktiv görünür.

Öncə Raxmonaliyev, ardınca Aaron Maluda ilə uzunmüddətli anlaşmalar imzalandı.

İkilinin vacib oyunçular olması şübhəsizdir.

Amma yayda anlaşması bitəcək fransalı ilə indidən 4 illik müqavilənin imzalanması böyük gələcək planlarından xəbər verir.

Növbədə Velko Simiç və Timoteuş Puxaçdır.

Qış çempionu əsas simaları ilə bağlı narahatlığını qış fasiləsindəcə boğmağa çalışır.

Ki, nə baş məşqçinin, nə də oyunçuların fikri müqavilədə, mövsümün sonunda, yeni təkliflərdə qalması.

Hər kəs əsas hədəfə - çempionluğa köklənə bilsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI