Qış çempionu "Sabah" heyətin formalaşması yolunda vacib qərarlar verməkdədir.
Öncə icarə müqaviləsi bitən və "Rubin"ə məxsus Raxmonaliyevlə 3 illik anlaşma imzalandı.
Özbəkistanlı legionerin ardınca Aaron Maluda ilə bağlı narahatlıq da aradan götürüldü.
"Tələblər" Fransanın "Lill" klubuna məxsus yarımmüdafiəçi ilə 4 illik anlaşma imzaladı.
20 yaşlı vingerlə bağlı qərar azarkeşlərin də ürəyincə olub.
Klubun sosial şəbəkə hesablarına gələn rəylər bunu aydın göstərir:
"Bu nə şad xəbərlərlərdir belə ardıcıl? Bravo!".
"Qaldı Simiçlə Puxaç".
"Əla transferdir".
"Möhtəşəm oyunçudur. İndidən deyim ki, zədəsi olmasa, gələcək qiyməti 15-20 milyon olacaq".
"Əla".
"Simiç və Puxaç da alınsa olacaq super".
"Möhtəşəm".
"Əla xəbərdir".
XANOĞLAN / SPORTİNFO.AZ


