"Sabah" vinger Aaron Maludanın transfer hüququna yiyələnib.
20 yaşlı legionerinə icarəsinə dair “Lill” (Fransa) ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.
Fransalı ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.
Əldə etdiyimiz məlumata görə, Masazır təmsilçisi 20 yaşlı yarımmüdafiəçini sərfəli şərtlərlə transfer edib.
Belə ki, “Sabah” Fransa millisinin və “Çelsi”nin canlı əfsanəsinin oğlunun transferi üçün qarşı tərəfə cəmi 150 min avro (300 min manat) transfer haqqı ödəyib.
Klubun keçid üçün bu qədər aşağı məbləğ ödəməsinin səbəbi isə transferin icarə müqaviləsi ilə tənzimlənməsi idi.
Maludanın “Sabah”dakı maaşı da tam olaraq “Lill” tərəfdən ödənilib.
SPORTİNFO.AZ

