Serbiyalı hücumçu Neqoş Kupusoviç və bosniyalı müdafiəçi Boyan Letiçlə müqaviləni qarşılıqlı razılıq əsasında pozan “Sabah” hələlik 1 yeni oyunçu transfer etməyi planlaşdırır.
Qış fasiləsinə Premyer Liqanın birincisi kimi yollanan “bayquşlar” ilkin mərhələdə hücum xəttini gücləndirməyi planlaşdırır.
Baş məşqçi Valdas Dambrauskasın bununla bağlı mövqeyi birmənalıdır o, üçüncü zonaya yeni legionerin təcili surətdə alınmasını istəyib.
Litvalı mütəxəssis mümkün namizədlərlə bağlı rəyi ilə artıq rəhbərliyi tanış eləyib.
Masazır təmsilçisi uğurlu mövsüm keçirir. Ölkə kubokunda ¼ final mərhələsinə yüksəlmiş komanda çempionatda 16 tura 37 xal tolayıb və turnir cədvəlinə şəriksiz başçılıq edir.
SPORTİNFO.AZ

