“Sabah”ın “Rubin”dən icarəyə götürdüyü Umarali Raxmonaliyevin birdəfəlik transferi üçün nə qədər vəsait ödədiyi məlum olub.
Özbəkistan yığmasının yarımmüdafiəçisinin icarəsi ilə bağlı “Rubin”lə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Bu məqsədlə Rusiya klubuna 300 min dollara yaxın təzminat ödənilib.
Üç illik yeni müqavilə imzalanan 22 yaşlı legioner 2025-ci ilin yanvar ayından “Sabah”ın formasını geyinir.
O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
SPORTİNFO.AZ

