“Sabah” da istəyir, özü də istəyir - Yeni müqavilə yolunda

5 Yanvar 23:20 Sabah 494
“Sabah” da istəyir, özü də istəyir - Yeni müqavilə yolunda

"Sabah" legionerlərindən daha birini komandada saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, klubun işbirliyini davam etdirmək istədiyi oyunçulardan biri də İqor Noqeyradır.

Məşqçilər korpusunun etimadını qazanmış braziliyalı özü də, "Sabah"da qalmağa müsbət yanaşır.

Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Braziliyalının müqavilə müddəti daha bir illik artırıla bilər.

30 yaşlı futbolçu “Gent”, “Fluminense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa Klara”, “Çaveş” kublarında oynadıqdan sonra 2024-cü ildə “Sabah”a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!