"Rubin"in istədiyi futbolçu Azərbaycanda qalacaq? - YENİ DETALLAR

16:05 Sabah 237
"Rubin"in istədiyi futbolçu Azərbaycanda qalacaq? - YENİ DETALLAR

“Sabah”da icarə əsasında oynayan Umarali Raxmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.

Bu barədə Rusiya mətbuatı iddia irəli sürüb.

Məsələ ilə bağlı müəyyən bilgilər əldə etmişik.

Bəli, “Rubin” özbək yarımmüdafiəçini bu qış “transfer pəncərəsi” zamanı klubu potensial gücləndirəcək oyunçular sırasına salıb.

Amma oyunçu ilə bağlı qərar “tələbələr”ə məxsusdur.

Belə ki, Raxmonaliyev ötən qışdan bəri "bayquşlar"da icarə əsasında oynayır.

Tərəflər arasında müqavilə 2025-ci ilin dekabrın 31-də başa çatıb.

Lakin müqavilənin artırılıb-artırılmaması Bakı klubundan asılıdır.

Baş məşqçi Valdas Dambrauskas orta sahə oyunçusunun xidmətində maraqlıdır.

Tərəflər danışıqlara başlayıb, xırda detallar qalır.

Qısası, Raxmonaliyevin Rusiya klubuna qayıdışı real görünmür. O, böyük ölçüdə mövsümün ikinci yarısını da Azərbaycan Premyer Liqasının qış çempionu olan “Sabah”da keçirəcək.

Qeyd edək ki, Umarali "Rubin"ə 2023-cü ildə "Bunyodkor"dan keçib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti