“Sabah”a gedib heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi?”

31 Dekabr 2025 22:55 Sabah 128
“Sabah”a gedib heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi?”

Rusiya millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Mostovoy “Krasnodar”ın baş məşqçisi Murad Musayevin hazırkı uğurlarından danışıb.

Sabiq "Selta"lı onun “Sabah”ın çalışdırıcısı kimi fəaliyyətinə toxunub.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına danışan sabiq futbolçu Musayevin Azərbaycandakı işi barədə belə deyib:

“Musayev Rusiya Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı məşqçisidir? O, “Sabah”a gedib Azərbaycan çempionatında heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi?

2017-ci ildən bəri dünyanı gəzən, amma heç nəyə nail olmayan Leonid Slutski ilə də eyni şey baş verir. Bu cür personajlar futbola daxil olur, görkəmli insanlar isə kənarda dayanıb baxırlar.

Necə ki, 2013-cü ildə ÇSKA-nı çempion edən Slutski yox, oyunçular olub. 2025-ci ildə də “Krasnodar”ı çempion edən Musayev yox, futbolçular olub”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır