Bizdə “Sabah”, İtaliyada “Milan”, Türkiyədə “Qalatasaray”

13:20 Sabah 153
Bizdə “Sabah”, İtaliyada “Milan”, Türkiyədə “Qalatasaray”

Avropanın daxili çempionatlarında bu mövsüm ən az məğlub olan komandaların adları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının lideri “Sabah” da siyahının ilk sıralarındadır.

Ümumiyyətlə, cari mövsüm “köhnə dünya”da cəmi 9 komanda ölkə çempionatında məğlubiyyət üzü görməyib.

Bunlar “Linkoln” (Cəbəllütariq), “Tre Fiori”, “La Fiorita” (hər ikisi San Marino), “Benfika”, “Portu” (hər ikisi Portuqaliya), “Bayern” (Almaniya), “Vardar” (Şimali Makedoniya), “Fənərbağça” (Türkiyə) və “Slaviya”dır (Çexiya).

Çempionatda keçirdiyi 16 matçın cəmi 1-də məğlub olan “Sabah” isə sıralamada 10-cu pillədədir. Bakılılarla yanaşı, daha 20 komanda passivinə 1 yenilgi yazdırıb.

Onların arasında “Sportinq” (Portuqaliya), “Milan” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), PSV (Niderland) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış klublar da var.

16 turdan sonra 37 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edən “Sabah” yeganə məğlubiyyətini 3-cü turda öz meydanında “İmişli”dən (0:1) alıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO