Premyer Liqada ən böyük pulu “Qarabağ”a görə aldılar

27 Dekabr 2025 11:40 Sabah 2 158
Premyer Liqada ən böyük pulu “Qarabağ”a görə aldılar

«Sabah»ın futbolçuları klub rəhbərliyi tərəfindən mükafatladırılıb.

Bu barədə komanda üzvləri redaksiyamıza məlumat verib.

Onların bildirdiyinə görə, «Qarabağ» üzərində qələbə səbəbindən əsas heyət üzvlərinin hər birinə 5000 manat ödənilib.

Masazır təmsilçisi ilk turdan təxirə salınmış matçda 2:1 hesabıyla qalib gəlib.

Leandro Andrade görüşün əvvəlində «köhlən atlar»ı hesabda önə çıxarsa da, Coy-Lekns Mikels və Aron Maluda ikinci hissədə vurduğu qollarla nəticəni «bayquşlar»ın xeyinə dəyişib.

Valdas Dambrauskasın çalışdırdığı komanda Premyer Liqanın 7 turu ərzində 37 xal toplayıb. «Qarabağ»ı 1 xal qabaqlayan «Sabah» qış çempionu kimi fasiləyə yollanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA