Premyer Liqada 2025-26 mövsümünün geridə qalan dönəminin ən uğurlu səfər komandası “Sabah”dır.
Sportinfo.az xəbər verir ki, qış çempionunun fasiləyə turnir cədvəlinin zirvəsində yollanmasında səfər nəticələrinin rolu böyükdür.
Təsadüfi deyil ki, qəsəbə təmsilçisi cari mövsüm qonaq meydanında keçirdiyi 8 görüşün heç birində uduzmayıb. Komanda son olaraq 16-cı tur çərçivəsində dünən “Sumqayıt”ı onun meydanında məğlub edib – 3:1.
“Sabah” bu mövsüm səfərdə hələ ki, uduzmayan yeganə komandadır. Valdas Dambrauskasın yetirmələri qonaq olduğu 6 qarşılaşmada 3, 2 görüşdə isə 1 xalı aktivinə yazdırıb.
Ardıcıl olaraq son 4 səfər matçının hamısında qələbə qazanan “Sabah” rəqiblərinə bunun üçündə 3:1, birində isə 3:0 hesabı ilə qalib gəlib.
16 turdan sonra “Sabah” 37 xalla Premyer Liqaya liderlik edir. İkinci pillədəki “Qarabağ” 36 xal toplayıb.

